Rus bölməsində oxuyan şagirdlərin SAYI 

18:27 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır.

Hafta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların 1 milyon 507 mini Azərbaycan bölməsində oxuyur. Məlumata görə, 157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü bölməsində təhsilini davam etdirir.